Polşa, Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiya Avropa İttifaqının (Aİ) Ukraynadan bu ölkələrə taxıl idxalına qoyduğu qadağanın müddətini ilin sonuna qədər uzadılmasının tərəfdarıdır.
Bu barədə Polşanın kənd təsərrüfatı naziri Robert Telus bildirib.
“Biz ilin sonuna qədər ölkələrimizə idxala qadağa qoyulmasının tərəfdarıyıq. Demək istəyirəm ki, bu, uğursuz olsa belə, bəzi ölkələr öz məhdudiyyətlərini qoyacaqlar. Bizim mövqeyimiz aydındır”, – o deyib.
Nazirin sözlərinə görə, beş ölkənin kənd təsərrüfatı nazirləri də taxıl tranzitinin subsidiyalaşdırılmasının tərəfdarı olduqları ilə razılaşırlar və idxalına qadağa qoyulmuş məhsullar siyahısına başqalarının da, məsələn, Polşa nümunəsində moruğun əlavə olunmasını istəyirlər.