12 C
Baku
Friday, March 29, 2024

Beş faiz qaydası

Məşhur biznes-konsultant və biznes-proqnozlaşdırma üzrə mütəxəssislərdən biri Sesm Somers aktiv olaraq “beş faiz qaydasını” təbliğ edir.

İş vaxtı, resurs və gücünüzün 5%-i gələcəyi proqnozlaşdırmaq üçün istifadə edin: modellərin yaradılması, təfəkkür, tədqiqat, trend və tendensiyaların təhlili.

Somers əmindir ki, hər bir biznesmen daxilən futurist – gələcəyə nəzər yetirməkdən qorxmayan insan olmalıdır. Lakin oxşar futurizmin əksəriyyəti sistemsiz və şüursuz şəkildə baş verir. Bəzən biz bütün günü gələcəyi düşünərək keçirə, bəzən isə aylarla bunun haqqında düşünməyə bilərik. Çox zaman gələcək haqqında düşüncələr beyində fırlanaraq, insanın əsas tapşırıqlar üzərində fikrini toplamasına mane olur. Bu düzgün deyil.

Proqnozlaşdırmanı ayrıca tapşırıq kimi qarşınıza qoyun. Proqnozlaşdırmada prioriteti müəyyən edin. Qlobal planların birgə müzakirəsi üçün həftədə yarım saat ayırmağa nə deyirsiniz? Bütün nəzər-nöqtələrini qeyd edin, arxiv təşkil edin və gələcəkdən daha yaxşı başı çıxan insanları daha da həvəsləndirin.

Son xəbərlər
Digər xəbərlər