24 C
Baku
Wednesday, June 18, 2025

Beş il ərzində vətəndaşlara 768 mln. manat ƏDV geri qaytarılıb

Beş ildir ki, vətəndaşlar alış-veriş edərkən ödədikləri ƏDV-nin bir hissəsi onlara geri qaytarılır. ƏDV geri al layihəsinin tətbiqindən sonra istehlakçılar dükanlarda, kafe və restoranlarda ödəniş edərkən kassa çekini tələb etməyə başlayıb.

Dövlət Vergi Xidmətindən bildirilib ki, ƏDV geri al layihəsinin tətbiq edildiyi vaxtdan bu günədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 2 milyarddan çox kassa çeki üzrə 768.5 milyon manat ƏDV məbləği qaytarılıb.

“Təkcə bu il hər ay ödənilmiş ƏDV-nin 15 milyon manatı vətəndaşlara geri verilib. Vergi Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən iyulun 1-dən teatr tamaşaları, film nümayişi, muzey ziyarəti, simfonik konsert sahəsində göstərilən xidmətlərə görə də nağdsız qaydada ödənilmiş ƏDV-nin 50%-i vətəndaşlara geri qaytarılacaq”, – deyə məlumatda qeyd olunub.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər