9 C
Baku
Wednesday, November 13, 2024

Beş müdrik və ən qısa həll yolu

Beş müdrik insan meşədə gəzərkən azır.

Birincisi deyir: “Mən sola gedəcəyəm – intuisiyam mənə belə deyir”.

İkincisi isə deyir: “Mən sağa gedəcəyəm, sağ sözü sağlamlıq sözünə daha yaxındır”.

Üçüncü müdrik dillənir: “Mən geriyə qayıdacağam. Biz oradan gəlmişik, deməli ora qayıtsam, mütləq meşədən çıxa biləcəyəm”.

Dördüncü də danışmağa başlayır: “Mən isə qabağa gedəcəyəm. İrəliləmək lazımdır, gec-tez meşə qurtaracaq və qarşıma yeni nəsə çıxacaq”.

Beşinci isə deyir: “Sizin heç biriniz haqlı deyilsiniz. Daha yaxşı üsul var. Məni gözləyin”.

O, ən hündür ağacı tapır, Ağaca dırmaşır. Amma onun dırmaşdığı zaman ərzində, hamı dağılır, hərə öz seçdiyi yol ilə gedir. O, yuxarıdan meşədən daha tez çıxmaq üçün, hara getmək lazım olduğunu görür. İndi o, hətta o biri yoldaşlarının da meşədən hansı ardıcıllıq ilə çıxa biləcəyini söyləyə bilərdi. Yəni meşənin kənarına çıxmaq üçün kimə nə qədər vaxt lazım olacaqdı. O, yuxarıya qalxıb, ən qısa yolu görməyə müvəffəq olur. O, problemdən yüksəyə qalxaraq və məsələni hamıdan yaxşı həll edir. O, bilir ki, hər şeyi düz edib. Digərlər isə bunu bilmir. Onlar inadkardır və əsl müdrikə qulaq asmır. Məhz o, əsl müdrik olur.

Amma bu hələ SON deyil, çünki sonuncu müdrik YANILIRDI.

HAMI düz hərəkət edib.

Sol tərəfə hərəkət edən, meşənin ən dərinliyinə düşür. O, ac qalmalı və ən vəhşi heyvanlarla mübarizə aparmalı olur. Amma o, meşədə sağ qalmağı öyrənir və meşənin bir hissəsinə çevrilir və bununla da meşədə sağ qalmaq üsullarını digər insanlara öyrətməyə imkan yaranır.

Sağ tərəfə gedən isə, quldurlara rast gəlir. Soyğunçular onun hər şeyini əlindən alır və onun özünü də məcbur edirlər ki, onlarla birlikdə quldurluq etsin. Amma müəyyən müddətdən sonra, o tədricən quldurlarda çoxdan unutduqları bir hissi oyadır – bu hissi insanlıq və mərhəmətlik hissi idi. Onların bəzilərində peşmanlıq hissi o qədər güclü idi ki, o, öləndən sonra onlar özü müdrik olurlar.

Geriyə qayıdan müdrik isə meşədən keçən cığır salır və tezliklə bu cığır yola çevrilir və bu yoldan meşəyə gedən digər insanalar da istifadə etməyə başlayır. Daha onları azmaq təhlükəsi gözləmir.

İrəli gedən insan isə yeni kəşflər edir o, əvvəllər heç kəsin olmadığı yerlərə gedib çıxır və insanlar üçün yeni imkanlar açır, onun sayəsində insanlar çoxlu sayda yeni gözəl heyvanlar və müalicəvi bitkilər tanımış olur.

Ağaca dırmaşan insan isə qısa yolların tapılması üzrə mütəxəssisə çevrilir. Öz probleminin ən qısa həllini tapmaq istəyən bütün insanlar ona müraciət edir.

Baxmayaraq ki, bu həllər xüsusi inkişafa səbəb olmur. Beləliklə beş müdrikin hər biri öz təyinatı müxtəlif cür yerinə yetirmiş olur.

ZİRVƏYƏ qalxıb, ən qısa yolu görməyi öyrən.

Digərlərinə öz yolu ilə getməyə icazə verməyi öyrən.

Hamının fikrini qəbul etməyi öyrən – hər bir seçim özlüyündə əhəmiyyətli və hörmətə layiqdir. Hər kəs müdrik ola bilər.

Bir də …

Finaldan sonranı da görməyi bacar – çünki həmişə ARDI VAR.

Son xəbərlər
Digər xəbərlər