6 C
Baku
Wednesday, February 28, 2024

Beş sığortaçı attestasiyanı müvəffəqiyyətlə başa vurub

Sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxslər və sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən şəxslər üçün keçirilmiş attestasiyanın nəticələri açıqlanıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən  bildiriblər ki, attestasiyada iştirak edən namizədlərdən 5 nəfəri keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.

Qeyd edək ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

Son xəbərlər
Digər xəbərlər