Beş şirkət pambıq şirkəti ilə birləşib

Bu həftə iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən beş kommersiya təşkilatı aparıcı pambıq şirkəti ilə birləşdiyini elan edib.

Vergiler.az internet portalında verilən məlumata görə, “Leqno-İmişli” MMC, “Leqno-Neftçala” MMC (pambıq zavodları), “İnnovasiya Fermer Təsərrüfatı” MMC (pambıq yetişdirmə şirkəti), “MKT-Araz Futbul Klubu” (İmişlidə stadion və futbol klubu) və “İmişli Sənaye İnşaat” (tikinti təşkilatı) “MKT İstehsalat Kommersiya” ilə birləşib. Birləşmə prosesi başa çatdıqdan sonra onlar hüquqi şəxs kimi fəaliyyət göstərməyəcəklər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər