22 C
Baku
Thursday, October 23, 2025

“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsi elan edildi

Azərbaycanın aparıcı korporativ maliyyə institutu PAŞA Bank və Deloitte Azərbaycanın əməkdaşlığı ilə həyata keçirilən “Best Managed Companies Azerbaijan 2026” biznes müsabiqəsi rəsmi olaraq elan olunub. Layihənin növbəti mərhələsinin reallaşdırılması məqsədilə tərəflər bu il də əməkdaşlıq müqaviləsini imzalayıblar.

Təqdimat mərasimi çərçivəsində keçirilən rəsmi tədbirdə layihənin əhəmiyyəti, tərəfdaşların ortaq səyləri və proqramın bu il ölkəmizdə 5 illik yubileyini qeyd etməsi xüsusi vurğulanıb.

Bu nüfuzlu biznes müsabiqəsinin əsas məqsədi Azərbaycanın aparıcı özəl şirkətlərini tanıtmaq və mükəmməl idarəetmə təcrübələrinin tətbiqini təşviq etməkdir. “Best Managed Companies” proqramı Deloitte Private tərəfindən hazırlanmış və özəl sektora yönəlmiş qabaqcıl beynəlxalq layihələrdən biridir.

Proqram Azərbaycanda Deloitte Azərbaycan və PAŞA Bank tərəfindən sponsorlaşdırılır, Azərbaycan Biznes İnkişaf Fondu, ADA Universiteti, AMCHAM Azerbaijan və İctimai Televiziya və Radio Yayımları Şirkəti isə tərəfdaş qismində iştirak edirlər.

Cavid Quliyev, PAŞA Bankın İdarə Heyətinin sədri:
“Best Managed Companies” proqramı artıq ölkəmizdə 5-ci ildir ki, uğurla həyata keçirilir. Biz PAŞA Bank olaraq, bu təşəbbüsün Azərbaycanın biznes mühitinin inkişafına verdiyi real töhfədən böyük qürur duyuruq.
Müsabiqə şirkətlərə beynəlxalq standartlara uyğun mükəmməl idarəetmə sistemləri qurmaq, şəffaf və effektiv biznes modelləri formalaşdırmaq üçün unikal imkan yaradır. Əminik ki, bu proqram ölkə iqtisadiyyatının sağlam və dayanıqlı inkişafına dəstək göstərməyə davam edəcək.”

Nuran Kərimov, Deloitte Azərbaycanın İdarəedici Partnyoru:
“Best Managed Companies” layihəsi artıq Azərbaycanda beşinci ilini qeyd edir. Bu təşəbbüs ölkəmizdə biznesin inkişafına, şəffaf idarəetmənin və davamlı böyümənin təşviqinə mühüm töhfə verib. Proqram sayəsində yerli şirkətlər beynəlxalq standartlara uyğun idarəetmə modellərini tətbiq edir və bizneslərini növbəti səviyyəyə daşıyırlar. Biz Deloitte Azərbaycan komandası olaraq “Best Managed Companies” layihəsinin Azərbaycanda sahibkarlığın inkişafına verdiyi töhfədən böyük qürur duyuruq.”

pashabank best managed companies azerbaijan 2026 musabiqesi elan 01

Son xəbərlər
Digər xəbərlər