13 C
Baku
Saturday, May 18, 2024

“Best Supply Company” şirkətinin İrandan idxal etdiyi portağallar məhv edildi

“Best Supply Company” MMC-nin İran İslam Respublikasından idxal etdiyi 19 400 kq portağal məhsuluna Agentliyin müfəttişləri tərəfindən keçirilən baxış zamanı götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyasında karantin tətbiq olunan zərərli orqanizm – Sitrus tristeza virusu aşkarlanıb.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq, qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsinə dair qərarlar qəbul edilib. Zərərli orqanizmlə sirayətlənmiş məhsul partiyası Sumqayıt Şəhər Poliqonunda məhv edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər