17 C
Baku
Friday, May 24, 2024

Bet Komstok və Cek Uelç

Bet Komstok dünyanın ən nəhəng kompaniyalarından biri olan General Electric-in marketinq üzrə direktorudur. Böyük bilik baqajı olan, bu gənc xanım qeyri adi marketinq talantı ilə seçilir. Amma onun çox pis bir vərdişi var o söhbət əsnasında həmsöhbətinin sözünü tez-tez kəsməyi xoşlayır. 

Bir dəfə General Electric kompaniyasının rəhbəri və əsrin ən dahi menecerlərindən biri Cek Uelç işgüzar məsələ ilə bağlı Betə zəng edir, amma o, təklifini etdiyi anda öz sözünü yarıda qoyaraq telefonun dəstəyini yerinə qoyur. Komstok özü ona geri zəng edəndə, Uelçin köməkçisi belə cavab verir:

“Siz özünüz həmişə həmsöhbətinizin sözünü kəsirsiniz. Bu yolla Cek sizə izah etmək istəyir ki, bu fokus daha işə yaramır”.

Bu hadisədən sonra Komstok daha müsahiblərinin sözünü kəsmir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər