10 C
Baku
Friday, January 9, 2026

Beton şirkəti 24 milyon gəlir, 2 mln. xalis mənfəət əldə edib

“Crystal Group of Companies” ASC-nin törəmə şirkəti “Crystal Beton” QSC 2024-cü ildə 24.06 mln. manat gəlir əldə etdiyini açıqlayıb.

Banker.az xəbər verir ki, şirkətin öncəki ildəki hesabatları olmadığından illik müqayisə etməyi mümkünsüz edib.

Hesabat müddətində onun xərclərinin həcmi 22.07 mln. manat olub ki, bu da şirkətin 1.99 mln. manat xalis mənfəət əldə edib.

İnşaat işləri sahəsində ixtisaslaşan  “Crystal Beton” QSC beton məhsulları zavodu kimi 2002-ci ildən fəaliyyətə başlayıb, “Crystal Group of Companies”a daxildir.

 

 

Son xəbərlər
Digər xəbərlər