9 C
Baku
Thursday, December 12, 2024

“Beyçimo” gəmisinin tarixçəsi

Dənizçilər arasında bir çox ruh-gəmilər haqqında məlumatlar dolaşır. Bu məlumatlardan bəziləri əfsanə, bəziləri isə reallığa yaxındır. Haqqında danışacağımız “Beyçimo” adlı ruh-gəmidir. “Beyçimo” həqiqətən mövcud olmuşdur və bəziləri onun indi də mövcud olduğuna əmindir. Bu gəminin yalnızca adı dənizçilərin qanını dondurmağa kifayət edir.

 “Beyçimo” gəmisinin tarixçəsi öz başlanğıcını 1914-cü ilin əvvəlindən, yəni gəminin öz su yoluna başladığı gündən götürür. Gəmi Hamburq və İsveç limanları arasında ticarət əlaqələri üçün nəzərdə tutulmuşdu. Birinci Dünya müharibəsi başa çatdıqda “Hudson’s Bay Company” şirkəti “Beyçimo” gəmisinin rəsmi sahibinə çevrildi. Bundan sonra gəmi artktik ərazilərə məhsul daşınması üçün etibarlı daşıyıcıya çevrildi. 1 oktyabr tarixində gəmi kürk daşıyan zaman tufan baş verir. Gəmi tam olaraq dolu idi. Tezliklə gəmi Arktika buzlarında ilişib qalır. Komandanın gözləməkdən başqa çarəsi yox idi. Çünki ona ən yaxın olan əhali məntəqəsi olan Berroy tufan səbəbindən əlçatmaz idi. Komanda kapitan da başda olmaqla göyərtədə qalaraq havanın mülayimləşməsini gözləyirdilər. Komandanın yarısı 15 oktyabrda təyyarə ilə təxliyyə edilmişdi. Komandanın qalan hissəsi isə buzlaqda, gəmidən bir qədər aralıda özləri tərəfindən yaradılan düşərgədə qalırdılar. Həftələr keçirdi.

ddd

Gəmi 24 noyabr tarixində gözdən itir. Belə ki, onun üzəri qar qatı ilə örtülür. Hava sabitləşdikdə “Beyçimo” yox olur. İtmiş gəmini gözləmək və yaxud axtarmağın bir mənası yox idi və heyətin qalan hissəsi də geri dönməyi qərara alır.

Bir həftə keçdikdən sonra “Beyçimo”-nu onu sonuncu dəfə gördükləri yerdən 80 kilometr aralıda dalğalar üzərində üzən görürlər. Bu zaman gəmini ovçular görmüşdülər. Komanda kapitan ilə birgə gəmini axtarmağa başlayır. Gəmi həqiqətən də ovçuların gördükləri yerdə aşkar edilir. Lakin kapitan gəminin tezliklə suyun dibinə gedəcəyindən qorxaraq dəyərli yükü xilas etməyi qərara alır. Yükün daşınması üzrə əməliyyat uğurla başa çatır. Gəmi isə suyun üzərində sərbəst üzən şəkildə tərk edilir.

Bu yerdə hekayə başa çata bilərdi. Lakin hər şey elə buradan başlanılır. 10 il ərzində “Beyçimo” Arktik dənizində (indi Şimal buzlu okeanı) şahidlərin və dənizçilərin gözünə dəyirdi. 1933-cü ildə eskimoslar tufan zamanı 7 gün gəmidə özlərini qoruya bilmişdilər. 1939-cu ildə dənizçilər “Beyçimo”-nu digər gəmidən görmüşdülər. Onlar göyərtəyə qalxa bilsələr də, gəmini iri buzlar səbəbindən sahilə tərəf gətirə bilməmişdilər. Lakin bu fakt kapitana gəminin olduğu yer haqqında məlumat göndərməyə mane olmamışdı.

1969-cu ildə ruh-gəminin olduğu yer haqqında son məlumat alınmışdı. Onu buzların arasında donmuş halda görmüşdülər. Gəzən şayiələrə görə gəmi nəhayət ki, okeanın dibində əbədi rahatlığına qovuşub. 2006-cı ildə Alyaska rəhbərliyi həmin gəminin axtarışına başlayıb və axtarışlar hələ də davam edir.

Son xəbərlər
Digər xəbərlər