17 C
Baku
Saturday, May 4, 2024

Beyinin ən yaxşı işlədiyi vaxtlar

Səhər saat 6-dan 7-ə kimi – “pəncərə”. Bu müddət ərzində uzun müddətli yaddaş çox yaxşı işləyir və bu zaman ərzində bütün qəbul edilən informasiya asan qəbul edilir. 

Səhər saat 8-dən 9-a kimi olan zaman kəsiyində məntiqi düşüncə işə düşür. Bu yaddaş və analitika ilə əlaqəli bütün iş sahələri üçün ən əlverişli zamandır.

Səhər 9-dan 10-a kimi informasiya və statistika ilə işləmək üçün optimal bir zamandır.

Saat 11-dən 12-ə kimi beyinin intellektual funksiyaları enir. Bu zaman diqqəti başqa şeylərə yönəltmək olar, məsələn, musiqi dinləmək olar.

Saat 11-dən 14:00-a kimi nahar etmək üçün ən ideal zamandır. Bu zaman ərzində qəbul edilən qida yaxşı həzm edilir.

12:00-dan 18:00-a kimi olan zaman müddəti fəal olaraq işləmək üçün ən ideal zamandır. Çox gec saatlara kimi işləmək beyinin həddindən artıq yüklənməsinə səbəb olur. Bu artıq yüklənmənin ilkin əlamətlərinə misal olaraq yuxusuzluq hallarının yaranmasını göstərmək olar.

21:00-dan 23:00-a kimi beyinin və sinir sisteminin bütünlüklə dincəlməsi baş verir.

23:00-dan gecə saat 1-ə kimi insan yuxuda olarkən enerji bərpa olunmağa başlayır.

Çin təbabətində onu “çi”, hind yoqasında isə “prana” adlandırırlar. Müasir elm isə bunu sinir və əzələ gücü kimi qiymətləndirir.

Gecə saat 1-dən 3-ə kimi insanın emosional enerjisi bərpa olunur.

Gecə saat 3-dən 5-ə kimi orqanizmdəki bütün orqanlar aktivləşməyə başlayır, qan yenilənir və beyin artıq “oyanmağa” başlayır. Məhz bu zaman ərzində ən “rəngarəng” yuxular görülür.

Saat 5-dən 6-a kimi – oyanmaq üçün ən ideal bir zamandır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər