Sizdə elə bir hiss olub ki, mağazada tanışınızı görmüsünüz və onun adını yada sala bilməmisiniz? Yəqin ki, hər kəs belə bir hiss ilə qarşılaşıb.
Bizim beynimizin Yer üzündə ən böyük kompüter olmasına baxmayaraq hərdən beynimizdə xəta baş verir. Biz beynimizi o qədər lazımsız məlumat ilə doldurmuşuq ki, o artıq bu gücə tab gətirmir.
Bizim beynimizin imkanlarına baxmayaraq bəzən onun da istirahətə və gücünü bərpa etməyə ehtiyacı var.
Biz sizə bu məqalədə beyninizin fəaliyyətini gücləndirmək və bərpa etmək üçün bir sıra məsləhətlər verəcəyik.
1. Badam yeyin
Hesab edilir ki, badam beyinin fəaliyyətini gücləndirir. Badam yağını südə əlavə edin və onu gecə yatmamışdan öncə və səhər için.
2. Alma şirəsi için
Massaçusets universitetinin tədqiqatları göstərir ki, alma şirəsi sinir sistemi üçün önəmli olan asetilxolinin istehsalını gücləndirir. Bunun nəticəsində bizim yaddaşımız güclənir.
3. Yaxşı yatın
Tədqiqatlar göstərir ki, yuxu zamanı biz ötən gün baş vermiş hadisələri yenidən yaşayıb yada salarıq. Bu uzun müddətli yaddaşı gücləndirir.
4. Adi şeylərdən zövq almağa çalışın
Stress bizim beynimizin imkanlarını tükədir. Stress vəziyyətində beynin daha çox yaddaş ehtiyatlara ehtiyyacı var.
Sizi sterssdən qurtara biləcək adi şeyləri təqdim edirik:
- Musiqiyə qulaq asın
- Uşaqlarla oynayın
- Tanımadığınız insan ilə tanışlığa sevinin
- Başqalarında yaxşı xüsusiyyətlər axtarın
- Hər gün qaçışa çıxın, velosiped sürün və yaxud üzün
- Yoqa və yaxud digər idman hərəkətləri ilə məşğul olun
5. Bir gündə pəhrizdə oturun
Pəhriz saxlamaq orqanizmdən toksinləri ixrac edir. Ağır yeməklər bizim həzm sistemimizə və həmçinin beynin fəaliyyətinə mənfi təsir göstərir.
6. Öz ağlınızı məşq etdirin
Sağlam bədənə sahib olmaq üçün bizim idman hərəkətləri etməyə ehtiyacımız var.
Lakin bizim beynimizin də məşqlərə ehtiyacı var. Siz heç fikir vermisiniz ki, uşaqların ağlı böyüklərin ağlından nə qədər cəlddir? Uşaq beyni daim məşq edir.
Sizə təqdim edəcəklərimiz ilə məşğul olun, bunlar sizin şüurunuzu məşq etdirəcək.
- Krossvord həll edin
- Başqalarına öz köməyinizi təklif edin
- Ünsiyyətcil olun
- Sizə maraqlı işlərlə məşğul olun: bloq açın, kitab oxuyun, rəsm çəkin
- Yeni bir dil öyrənin
7. Yoqa və yaxud meditasiya ilə məşğul olun
Yoqa stressdən xilas edir. Hər kəsə məlumdur ki, stress yaddaşa mənfi təsir göstərir. Nə qədər az stress olarsa, bizim qan təzyiqimizin bir o qədər aşağı və nəfəs almağımız bir o qədər sakit olacaq. Maddələr mübadiləsinin sürəti azalır, əzələləri gərginlikdən azad edir.
8. Qəndin istifadəsini azaldın
Qənd qida deyil. Bu karbohidratdır. Qanımızda qənd çox olduğu üçün biz əsəb gərginliyi keçirdirik. Həmçinin qida rasionumuzda qəndin çox olması klaustrofobiya, yaddaş itkisinə və əsəb gərginliyinə səbəb olur.
9. Tam buğdalı undan düzələn xəmir yeməkləri yeyin
Tam buğdalı unda letisin olur. Lesitin aterosklerozda xeyirlidir. Bu beynin fəaliyyətini gücləndirir.
10. Gecə yatmamışdan öncə yemək yeməyin
Gecə yatmamışdan öncə qida qəbul etmək diskomforta və yuxu zamanı uzun müddətli stressə səbəb olur. Unutmayın ki, yaxşı yuxu beyinin fəaliyyətinə yaxşı təsir edir.
11. Təxəyyülünüzü inkişaf etdirin
Yunanlar təxəyyülü və assosiasiyanı gücləndirən bir üsul kəşf etmişdilər. Bu üsul hər şeyi yadda saxlamağa imkan yaradır. Əgər siz eyni anda bütün duyğu hisslərinizi işə salsanız, siz ən kiçik detalları belə yadda saxlaya biləcəksiniz.
12. Qəzəbinizi nəzarət altında saxlayın
Suni qidalar, mövcud olan ekoloji vəziyyət, gərginlik bizim sinir sistemimizə mənfi təsir göstərir. Bunlar isə öz növbəsində əsəb gərginliklərinə və daha sonra depressiyaya səbəb olacaq. Təzə tərəvəzlər yeyin. Mənfi emosiyalardan azad olmaq üçün daha çox su için və yoqa ilə məşğul olun.
13. B Qrup kompleks vitaminləri qəbul edin
B Qrup kompleks vitaminləri yaddaşı gücləndirir. Tərkibində çox kraxmal olan qidalar qəbul etməyin.
Bu qaydalara riayət etmək o qədər də çətin deyil.