2 C
Baku
Saturday, December 14, 2024

Beyinin “intiharı”

Öz zərərli vərdişləriniz ilə beyninizi yavaş-yavaş “intihara” sürüklədiyinizi bilirsinizmi?!

Tez bir zamanda bunu tərgidin. Beyin – insan orqanizminin ən vacib orqanıdır və onsuz keçinə bilmərik. Bəs belə olduqda niyə onu qorumuruq? Bəzi vərdişlər vardır ki, zamanla, lakin böyük effektivliklə beynimizi həyatdan qoparmağa xidmət edir.

Bəs bu vərdişlər hansılardır?

Səhər yeməyindən imtina

Səhər yeməyindən məhrum olan insanların qanında qlükozanın səviyyəsi aşağı olur ki, bu da beyinin fəallıq dərəcəsini aşağı salır.

Həddindən artıq yemək

İnsan həddindən artıq qida qəbul etdikdə orqanizmin qan damarlarında çoxlu sayda xolestrin toplanır. Təbii ki baş beyinin damarları da burada istisna deyil.

Siqaret çəkmək

Siqaret beyinin fəaliyyətinə mənfi təsir edir və baş beyinin hüceyrələrini məhv edir. Son araşdırmalar isə sübut edir ki, siqaret Alzeymer xəstəliyinin səbəblərindən biri ola bilər.

Çox miqdarda şəkərdən istifadə

Qəbul edilən şəkər nə qədər çox olarsa orqanizmdə bir o qədər çox toksin, artıq çəki və daha az faydalı maddə olar.

Yuxusuzluq

Yuxusuzluq beyin hüceyrələrinin məhvinə gətirib çıxarır.

Narkotik və spirtli içkilər

Narkotik və spirtli içkilərin beyinə vurduğu zərər artıq çoxdan sübut olunmuş bir faktdır. Elə isə uzaq olun!

Xəstəlik zamanı iş

İnsan xəstə olduqda intensiv əqli iş beyin fəaliyyətinə zərər yetirir. Çünki xəstəlik zamanı orqanizm bütün resurslarından istifadə edərək xəstəlik ilə mübarizə aparır. Belə olduqda isə beyin kifayət qədər oksigen ilə təmin edilmir.

Stimulyasiya və inkişafın olmaması

Beyinin daimi inkişafa ehtiyacı var və bu səbəbdən də televizora baxmaq əvəzinə kitab oxuyun, krossvord həll edin və yaxud şahmat oynayın.

Çox danışmamaq

Ünsiyyət də beyini belə desək hərəkətə gətirən amillərdən biridir. Söhbət əsnasında faktları yada salır, yeni sözlər və yaxud ifadələr öyrənir və eyni zamanda beyini məşq etdiririk.

Son xəbərlər
Digər xəbərlər