25 C
Baku
Monday, April 29, 2024

Beyinin maksimal məhsuldarlıq fazaları

1. Səhər saat 6-dan 7-ə – «pəncərə», bu fazada uzunmüddətli yaddaş maksimal gücü ilə çalışır, həmin müddətdə əldə edilən informasiya çox asan mənimsənilir.

2. 8-dən 9-a qədər məntiqi təfəkkür işə düşür, bu eyni zamanda həm yadda saxlama – zehin, həm də analitik qabiliyyət tələb edən istənilən fəaliyyət üçün ən uğurlu dövrdür.

3. 9-dan 10-a –informasiya və statistika ilə iş üçün ən optimal saatlardır.

4. Günortaya doğru saat 11-dən 12-yə intellektual funksiyaların effektivliyi aşağı düşür, bu zaman diqqəti nisbətən əyləncəli şeyə yönəltmək olar, məsələn musiqi dinləmək.

5. 11-dən 14.00-ə qədər olan müddət ərzində nahar etmək olar, yəni bu bizim həzm sisteminin ən ayıq olan vaxtıdır, bu zaman qəbul olunmuş qida daha yaxşı həzm olunur və mənimsənilir.

6. Saat 12.00-dan 18.00-a qədər aktiv əmək üçün ideal vaxtdır. Daha gec saatlarda işləmək insanın öz beynini aşırı dərəcədə yükləməsinə gətirib çıxarır. Həmin gərginliyin və yüklənmənin ilk əlamətləri yuxuya getməkdə çətinlik çəkməkdə özünü göstərir.

7. Saat 21.00-dan 23.00-a qədər beynin və sinir sisteminin tam istirahət zamanıdır.

8. Saat 23:00-dan 1-əqədər yuxuda olduqda, itirilmiş enerjinin effektiv bərpası baş verir. Çin təbabətində bu enerjiyə “tsi” deyilir, hindli yoqa mütəxəssisləri isə ona “prana” deyirlər, müasir elm isə bunu sinir və ya əzələ enerjisi adlandırır.

9. Saat 1-dən 3-ə qədər isə insan yuxuda emosional enerjini bərpa edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər