9 C
Baku
Thursday, December 12, 2024

Beyinin sərhədsiz imkanlarını necə inkişaf etdirmək olar?

Sizin beyniniz sonsuz geniş imkanlara sahibdir. İnanmırsız? Onda öz beyninizin imkanlarını inkişaf etdirməyə cəhd göstərin. Bu sizə biznesdə, karyerada və insanlarla ünsiyyətdə böyük uğurlara nail olmağınıza kömək edəcək. İnsan işdəki, təhsildəki və cəmiyyət arasında sahib olduğu bütün nailiyyətlərə görə beyinin fəaliyyətinə borcludur. Beyinin fəal olaraq işləməsi hər kəs – məktəblilər, tələbələr, biznesmenlər və s. peşə sahibləri üçün vacib haldır.

Artıq hamıya məlumdur ki, yeni şeylərlə tanışlıq, kitab oxumaq, maarifləndirici verilişlərə baxmaq beyinə müsbət təsir göstərir. Bəs qeyri-standart düşüncəni işə salmaq üçün beyinin əvvəllər fəal olmayan hissəsini necə aktivləşdirmək olar? Beyini məşq etdirmək sizdən elə də çox vaxt tələb etməyəcək, gün ərzində buna 15 dəqiqə vaxtınızı ayırmaq kifayət edər. Öz beyninizin imkanlarına başqa bir istiqamətdən baxmaq üçün sadə bir üsul var. Dörd ağ kağız vərəqi götürün.

Birinci vərəqdə adət etdiyiniz kimi soldan sağa nə isə yazın. İkinci vərəqdə isə yenə sağ əlinizlə, lakin bu dəfə əks istiqamətdə sağdan sola yazmağa çalışın. 3-cü və 4-cü vərəqdə isə eyni şeyi təkrar edin, lakin bu dəfə sol əlinizdən istifadə edin. Birinci vərəq – bu sizin nəyə diqqət yönəltməli olduğunuzun nümunəsidir. Bunu günbəgün təkrar edin və siz artıq başqa cür düşünməyə başladığınızı görəcəksiz. Bu sadə tapşırıq gündəlik həyatda beyinin aktiv olmayan hissələrinin də fəallaşmasını məcbur edir.

Bunun nəticəsi olaraq siz ən çətin vəziyyətlərdə belə sadə çıxış yolu tapacaq və qeyri-standart qərarlar qəbul edə biləcəksiniz.

Son xəbərlər
Digər xəbərlər