16 C
Baku
Sunday, October 6, 2024

Beyinsiz yaşamaq mümkündür?!

Həkiminiz doğulduğunuz gündən etibarən beyninizin vacib hissəsi olmadan yaşadığınızı desəydi bunu necə qarşılayardınız?

Bu yaxınlarda belə məlum olur ki, 24 yaşlı çinli bir qız doğulduğun gündən bu günə qədər orqanizminin vacib bir hissəsinin olmadığını hiss etməyib.

Çinli həkimlər təsvirlərdə xəstələrindən birinin beyinciyinin olmadığını gördükdə təəccüblərini gizlədə bilməmişlər. 24 yaşlı qız klinikaya müraciət edərək şiddətli ürək bulanmasından əziyyət çəkdiyini bildirir. Müayinələrin nəticəsi hətta ən təcrübəli mütəxəssisləri belə heyrət içərisində qoymuşdur.

İnsan orqanizmində beyincik adlanan orqan hərəkətlərin nizamlılığına, tarazlığın qorunmasına və əzələ tonusuna cavabdehdir. Bu səbəbdən də baş beyinin vacib bir hissəsi hesab edilir. Belə məlum olur ki, bu çinli qız 4 yaşında gəzməyə başlasa da, qalan bu illər ərzində də tarazlı şəkildə yeriyə bilməyib.

Bu insanda beyinciyin olmadığı barədə rastlanan ilk hadisə deyil. Tibb 8 dəfə bu analoji hadisə ilə üzləşmişdir. Əksər hallarda isə bu hal yeni doğulmuş uşaqlarda müşahidə edilib. Çinli qız beyninin vacib hissəsi olmadan 24 il yaşamağı bacarıb.

Son xəbərlər
Digər xəbərlər