25 C
Baku
Saturday, July 27, 2024

Beynəlxalq Bankın audit hesabatı açıqlandı

Azərbaycan Beynəlxalq Bankı ASC 2019-cu il üzrə audit hesabatını açıqlayıb.

Banker.az bildirir ki, Bankın hesabatını “E&Y” audit şirkəti tərəfindən təsdiqlənib.

Hesabata görə, 2019-cu il ərzində ABB-nin cəmi aktivləri 13 faiz böyüməklə 9 milyard 341,75 milyon manata yüksəlib. Bunun, 2 milyard 789,67 milyon manatı nağd vəsaitlər, 3 milyard 179,62 milyard manatı banklara və digər maliyyə qurumlarına verilən kreditlər (eləcədə depozitlər), 207,66 milyon manatı investisiya qiymətli kağızlar, 2 milyard 165,8 milyon manatı müştərilərə verdiyi kreditlər və 693,28 milyon manatı “Aqrarkredit” BOKT QSC-dən alınacaq vəsaitlər təşkil etmişdir.

ABB-nin cəmi öhdəliklər 7 milyard 658,02 milyon manat olmaqla, bundan 5 milyard 606,67 milyon manatı müştəri hesabları, 1 milyard 526,35 milyon manatı borc-qiymətli kağızlar təşkil edib.

Beynəlxalq Bankın cəmi kapitalı 1 milyard 683,73 milyon təşkil edib, bu da ilin əvvəli ilə müqayisədə 2,4% böyümə olması deməkdir. Kapitalında böyümə səbəbi isə, yığılmış zərərin (defisit) 61 milyon azalaraq 1 milyard 508,69 milyon manata düşməsi olub. Məlumat üçün deyək ki, ABB ötən il ərzində 256,93 milyon manatlıq xalis mənfəətlə ili tamamlayıb.

image 1
Son xəbərlər
Digər xəbərlər