26 C
Baku
Saturday, July 27, 2024

Beynəlxalq Bankın ləğv olunan departamentinin direktoru “Amrahbank”ın rəhbərliyinə gətirilib

Banker.az verdiyi xəbərə görə, Behnam Qurbanzadə bankın İdarə Heyətinin sədr müavini təyin olunub.

Qeyd edək ki, B. Qurbanzadə 2012-ci ilin avqust ayından 2015-ci ilin oktyabr ayınadək Azərbaycan Beynəlxalq Bankının İslam Bankçılığı departamentinin direktoru vəzifəsində çalışıb.

“APA-Economics”in ötən gün verdiyi məlumata görə, bankın adıçəkilən departamenti ləğv olunub, B. Qurbanzadə isə tutduğu vəzifədən uzaqlaşdırılıb.

Bankın yaydığı bəyanatda qeyd edilib ki, departamentin öhdəlikləri bankın üzərində qalır.

Son xəbərlər
Digər xəbərlər