17 C
Baku
Tuesday, April 16, 2024

Beynəlxalq ekspertlər inkişaf etmiş ölkələrin müvəffəqiyyət sirrini tapdılar

“The McKinsey Global Institute” beynəlxalq konsaltinq şirkətinin mütəxəssisləri, dünyanın inkişaf etmiş ölkələrinin müvəffəqiyyət sirrini tapıblar.

Banker.az xəbər verir ki, bu məlumat şirkətin hesabatları ilə təsdiq olunur.

“The McKinsey Global İnstitute” şirkətinə görə, ölkə iqtisadiyyatının artım tempini böyük biznes müəyyən edir.

“ÜDM-un artım tempi kifayət qədər yüksək olan ölkələr, özəl sektorda rəqabətqabiliyyətli şirkətlərin vacibliyini qeyd ediblər. Onların fikrincə, belə şirkətlər üçün əlverişli mühit yaradılmalıdır ki, məhsuldarlığın artırılması üçün stimul olsun”.

Bu gün iqtisadiyyatın bu sektoru daha sürətli böyüyür, böyük şirkətlər böyük paya sahibdirlər. Dövlət, öz növbəsində, böyük şirkətlərlə razılığa gəlir və sonunculara ucuz kreditlər, əlverişli valyuta məzənnələri, aşağı vergi dərəcələri və s. imkanlar təklif edir.

Böyük biznes inkişaf etməkdə olan bazarların artmasına, ixracata yönəldilmiş sənayelərə, yüksək texnologiyalı sənaye sahələrinə investisiyalar etməyə kömək edir, analitiklər yazır. Üstəlik, iri müəssisələr, orta hesabla, işçilərinə daha yüksək əmək haqqı ödəyirlər. Bu, daxili istehlakı və qənaət üçün investisiyaların artırılmasına imkan verir.

Ekspertlərə görə, bu medalın o biri üzü də var. Biz inkişaf etməkdə olan ölkələrdə böyük müəssisələr arasında mövcud olan şiddətli rəqabətdən, eləcə də böyük investisiyaların daimi ehtiyaclarından danışırıq. Təcrübə göstərir ki, innovativ texnologiya və yeni əmtəə və xidmətlərin yaradılması sahəsinə yatırım etmək daha məqsədəuyğundur.

 

Son xəbərlər
Digər xəbərlər