15 C
Baku
Monday, May 20, 2024

Beynəlxalq Enerji Agentliyi dünya qaz bazarında 2023-cü ilin gərgin keçəcəyini bildirib

Rusiya Avropaya qaz nəqlini 1 noyabr tarixindən etibarən dayandırsa və Avropada qaz tələbi sabit qalsa, Avropa Birliyi qaz depolarında doluluq əmsalının 2023-cü ilin fevral ayında 20%-dən aşağı düşə biləcəyi ehtimal olunur. Avropanın LNG idxalı zəif qalarsa, doluluq əmsalı hətta 5%-dək geriləyə bilər.

Bu barədə məlumat Beynəlxalq Enerji Agentliyinin (BEA) 2022-ci il 4-cü rüb Qaz bazarı üzrə icmal hesabatında yayımlanıb. Hesabatda bildirilib ki, qış aylarında təbii qaz tələbi son 5 ilin orta səviyyəsi ilə müqayisədə 9% azaldılarsa doluluq səviyyəsini 25%-in üzərində, 13% azaldılsa doluluq əmsalını 33%-in üzərində saxlamaq mümkün ola bilər.

“Dünya qaz bazarlarına aid gözləntilərimiz buludlu olmaqda davam edir. Bütün siqnallar, 2023-cü ildə bazarların çox gərgin keçəcəyini göstərir”. Bu barədə açıqlamanı Beynəlxalq Enerji Agentliyinin(BEA) Enerji Bazarları və Təhlükəsizliyi üzrə direktoru Keisuke Sadamori verib.

Hesabatda həmçinin bildirilib ki, yüksək qaz qiymətləri Avropada təbii qaza tələbi 10%, sənaye üzrə isə 15% azaldıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər