2 C
Baku
Saturday, March 2, 2024

Beynəlxalq Enerji Agentliyi neft məhsullarının qıtlığı riski barədə xəbərdarlıq edib

Beynəlxalq Enerji Agentliyi (IEA) “OPEC+” iştirakçıları gündəlik neft hasilatının azaldılması ilə bağlı razlaşmanın parametrlərini qoruyub saxladığı təqdirdə (2 mln. barel azalma), 2023-cü ilin sonuna dünyada ciddi neft məhsullarının qıtlığı riskini görür.

Bu barədə Agentliyin aylıq hesabatında bildirilir.

“”OPEC+” ixtisarı davam edərsə ilin ikinci yarısında neft təklifi neft məhsullarına olan tələbdən xeyli aşağı olacaq. 2023-cü ilin üçüncü və dördüncü rübündə neft ehtiyatlarının əhəmiyyətli dərəcədə azalması neft emalı zavodlarının marjalarına və əməliyyatlarına aşağı istiqamətli təzyiq yarada bilər, xüsusilə də ilin son rübündə əhəmiyyətli məhsul çatışmazlığına səbəb ola bilər”, – hesabatda bildirilir.

IEA 2023-cü ildə qlobal neft emalı kompleksinin gündəlik məhsuldarlığının ötən illə müqayisədə 1.8 mln. barel artacağını proqnozlaşdırır. Artımın böyük hissəsi Şərqi Süveyş bölgəsindən gələcək, Rusiyada hasilatın azalmasını isə Atlantik okeanı hövzəsinin digər bölgələrindəki artım kompensasiya edəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər