26 C
Baku
Saturday, July 27, 2024

Beynəlxalq Enerji Agentliyi qlobal neft tələbatı ilə bağlı proqnozunu artırıb

Beynəlxalq Enerji Agentliyinin (IEA) oktyabr hesabatına əsasən, 2021 -ci ildə qlobal neftə olan tələbat gündə 5.5 milyon barel artaraq 96.3 milyon bar / gün təşkil edəcək. Xatırladaq ki, sentyabr ayında tələb artımı 5.2 milyon barel olaraq qiymətləndirilmişdi.

Banker.az xəbər verir ki, IEA-nın 2022 -ci il üçün tələb artımı proqnozu da artırılıb – 3.2 milyon bareldən 3.3 milyon barelə qədər. Hesabatda deyilir ki, “bu, COVID-19-dan əvvəl mövcud olan səviyyədən bir qədər yüksəkdir”.

Daha əvvəl OPEC 2021-ci ildə qlobal neft tələbatı ilə bağlı proqnozunu dəyişmişdi. Təşkilatın hesablamalarına görə, artım əvvəllər gözlənildiyi kimi 6 milyon barrel əvəzinə gündə 5.8 milyon barel təşkil edəcək.

Son xəbərlər
Digər xəbərlər