15 C
Baku
Saturday, April 20, 2024

Beynəlxalq kart təşkilatlarından Azərbaycan banklarına daha bir qadağa qoyuldu

Gələn ildən Azərbaycan banklarının plastik kart istifadəçiləri statik 3D kodlarından yararlana bilməyəcəklər.

Report agentliyi xəbər verir ki, bank sektorundakı mənbədən əldə edilən məlumata görə, “Visa International” və “Mastercard” beynəlxalq kart təşkilatları yerli banklara bununla bağlı qadağa qoyub.

Beləliklə, 2020-ci ildən ölkədə yalnız dinamik 3D kodlarından istifadə etmək mümkün olacaq. Beynəlxalq şirkətlər qadağanı statik kodların təhlükəsizlik baxımından etibarsız olması ilə əlaqələndiriblər.

Qeyd edək ki, statik kodları kart sahibləri bir dəfə müəyyən edir və əməliyyatlar zamanı həmişə ondan istifadə edirlər. Bu isə statik kodların ələ keçirilməsini asanlaşdırır. Dinamik kodlar üçün daima yeni olur.

Son xəbərlər
Digər xəbərlər