12 C
Baku
Cümə, Dekabr 3, 2021

Beynəlxalq Valyuta Fondu Ukraynaya $699 mln. ayırır

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası “stand by” proqramı çərçivəsində Ukraynaya 699 milyon dollar maliyyə yardımının ayrılacağını açıqlayıb. Qeyd edək ki, bundan əvvəlki tranş nəzərə alınmaqla ölkə 2.8 milyard dollar alıb.

Banker.az xəbər verir ki, vəsaitlər koronavirusla mübarizəyə, iqtisadiyyatın bərpasına və struktur islahatlarının təşviqinə xərclənəcək. Bunun qarşılığında Ukrayna əhalinin sosial cəhətdən həssas təbəqələrini qorumaq şərtilə, vergi-büdcə siyasətini ortamüddətli borcun davamlılığına uyğun olan bir rejimə qaytarmalıdır. Eyni zamanda Kiyev gəlirlərin idarə edilməsini gücləndirməlidir, “energetika sektoru da daxil olmaqla kvazi-fiskal əməliyyatlardan yaranan fiskal riskləri” azaltmalıdır.

Ukrayna prezidenti Vladimir Zelenski qərara görə BVF-yə təşəkkür edib. “Biz bu vəsaitləri maliyyə sistemini dəstəkləmək və COVID-19-un nəticələri ilə mübarizə aparmaq üçün istifadə edəcəyik. BVF proqramı davam edəcək”, – deyə prezident vurğulayıb.

Xatırladaq ki, 2020-ci ilin yayında BVF 18 ay müddətinə gözləmə kreditləri üzrə saziş proqramı çərçivəsində Ukraynaya kredit xəttini təsdiqləyib. Eyni zamanda Kiyevə 2.1 milyard dollar tranş ayrılıb. Ümumilikdə, Ukrayna təxminən 5 milyard dollar vəsait alıb

Son xəbərlər
Oxşar xəbərlər
X