12 C
Baku
Sunday, October 27, 2024

Beynəlxaq Bankdan azərbaycanlı milyarderlə bağlı açıqlama

Azərbaycanlı iş adamı Telman İsmayılova məxsus otel və mehmanxananın Azərbaycan Beynəlxalq Bankına verildiyi bildirilib.

ANS PRESS-in məlumatına görə, bu haqda Rusiya KİV-ləri yazıb. Bildirilib ki, “AST Qof” oteli və Nikitsk bulvarında yerləşən mehmanxana kompleksinin layihəsi Azərbaycan Beynəlxalq Bankının nəzarətinə keçib.

“Vedomosti” qəzeti bununla bağlı Azərbaycan Beynəlxalq Bankının törəmə şirkəti olan “ABB-Moskva” bankı ilə əlaqə saxlayıb. Bankın Strateji İnkişaf İdarəsinin rəisi Leonid Mileyev bildirib ki, bankın “AST Qrup”la heç bir kommersiya əlaqəsi olmayıb. O, bununla bağlı Azərbaycan Beynəlxalq Bankına müraciət etməyi tövsiyə edib.

Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli isə ANS PRESS-ə açıqlamasında yayılan xəbəri təqzib etdi.

Bununla belə, “Vedomosti” qeyd edib ki, “biznesmenin Nikitsk bulvarındakı layihəsinin sifarişçisi Azərbaycan Beynəlxalq Bankına yaxın olan “Forstrat qlobal” şirkəti olub. Bu barədə Moskvanın Memarlıq Şurasının təqdim etdiyi sənədlərdə qeyd edilib”.

İş adamı Telman İsmayılov son bir il ərzində borclarla bağlı tez-tez gündəmdə olub. Bu ayın əvvəlində – oktaybrın 6-da “Bank Moskva” Telman İsmayılova qarşı iddia qaldırıb. İddiada oliqarxın banka olan nə 213 milyon dollar borcunun, nə də onun faizinin ödənilmədiyi bildirilib.

Gecikdirmələrə görə borcun artaraq 286,4 milyon dollara çatdığı qeyd edilib. Bu səbəbdən bankın hüquqşünasları məhkəmənin Telman İsmayılovu müflis elan etməyini tələb edib.

Bundan başqa bu yaxınlarda onun borclu olduğu banklardan biri – “Vneştorqbank” (VTB) Telman İsmayılovun yüzlərlə milyon dollarlıq daşınmaz əmlakını cəmi 33 milyon dollar qiymətləndirib. Hərçənd ki, “AST” Şirkətlər Qrupu bu əmlakı 250 milyon dollar olaraq dəyərləndirmişdi.

Son xəbərlər
Digər xəbərlər