Sənədlərin qəbulunun son müddəti: 20 dekabr 2015
Beynəlxalq əlaqələr üzrə mütəxəssisin vəzifə və məsuliyyətlərinə aşağıdakılar daxildir:
– İKA-nın dövlət orqanları, qeyri-hökumət təşkilatları və beynəlxalq qrumlarla əməkdaşlıq əlaqələrinin qurulmasını təşkil etmək;
– İKA-nın xarici siyasətini müəyyənləşdirmək və bu istiqamətdə iş aparmaq:
– Donor təşkilatların müəyyənləşdirilməsi və əməkdaşlığa cəlb edilməsi üçün yollar axtarmaq;
– Digər ölkələrdə bank və qeyri bank kredit təşkilatlarının fəaliyyəti barədə məlumatlar əldə etmək, təşkilatın kredit siyasətinin beynəlxalq arenada tanınması və rəqabətə davamlı olması üçün təkliflər vermək;
– Beynəlxalq Təşkilatlarla əməkdaşlıqda İKA-nın rəhbərliyini təmsil etmək;
– İKA-nın saytında məlumat bazasını ingilis dilində idarə etmək;
– İşlə bağlı yazılı və şifahi tərcümələr etmək;
Hesabatvermə:
- Beynəlxalq əlaqələr üzrə mütəxəssis İKA-nnın İdarə Heyətinin Sədrinə hesabat verir.
Müddət:
- Beynəlxalq əlaqələr üzrə mütəxəssis ilə 3 ay sınaq müddətinə əmək müqaviləsi imzalanacaqdır. Bu müqavilə üzrə ilk 3 aydan sonra mütəxəssisin fəaliyyətinin nəticələri İdarə Heyəti tərəfindən qiymətləndiriləcək və qiymətləndirmənin nəticəsinə əsasən müqavilənin müddəti uzadılacaqdır.
İxtisaslaşma:
- Beynəlxalq əlaqələr üzrə mütəxəssis aşağıdakı keyfiyyətə, ixtisasa və təcrübəyə malik olmalıdır:
a) Azərbaycan Respublikasının vətəndaşı olmaq, Azərbaycan, rus və ingilis dillərini səlis bilmək;
b) İqtisadiyyat sahəsində ali təhsili;
c) İqtisadi sahədə iş təcrübəsi;
d) Yaş həddi 35-dək olmalı;
e) Beynəlxalq təşkilatlarla iş təcrübəsi;
f) Ünsiyyat qurmaq bacarığı;
g) Təşəbbüskar və çevik qərar qəbul etmə bacarığı olmalı;
h) Yazılı hesabat tərtib etmək təcrübəsi;
i) İngilis, rus və azərbaycan dillərində yazılı və şifahi nitqə malik olmaq;
j) Microsoft Word, Excel, Access və Internetdən istifadə. E-poçtla işləmək bacarıqları daxil olmaqla, kompüterdə sürətli işləmək bacarığı.
k) İşlə bağlı ölkə daxilində və ölkədən xaricə mütəmadi ezamiyyətə getməyə hazır olmaq.
İKA-nın yerləşdiyi ünvan:
Bakı şəh.Ə.Rəcəbli küç. 21 F.
CV-ni aşağıdakı e-mail ünvanına göndərə bilərsiniz:
[email protected]