25 C
Baku
Wednesday, August 27, 2025

Beynəlxalq əməliyyatlara potensial zərər: Intel ABŞ hökumətinə 9,9% səhmləri ötürməsinin riskləri haqqında

Intel ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına təqdim etdiyi sənəddə şirkət üçün mümkün riskləri sadalayıb. Buraya investorların, əməkdaşların, müştərilərin və digər tərəflərin mənfi reaksiyası da daxildir.

Banker.az-ın verdiyi məlumata görə, əsas risk isə beynəlxalq əməliyyatlarla bağlıdır. Belə ki, şirkətin 2024 maliyyə ilindəki gəlirinin 76%-i ABŞ-dan kənardan əldə olunub.

ABŞ hökuməti Intel-in ən böyük səhmdarlarından birinə çevrildiyi üçün, şirkət xarici bazarlarda əlavə məhdudiyyətlərlə üzləşə bilər. Bundan başqa, gələcəkdə dövlət subsidiyalarına çıxışda yeni məhdudiyyətlərin tətbiq ediləcəyi də şirkəti narahat edir.

ABŞ prezidenti Donald Tramp 22 avqust 2025-ci ildə açıqlayıb ki, Intel hökumətə 10% səhmləri ötürməyə razılaşıb. O, bundan əvvəl Intel-in baş direktoru Lip-Bu Tan ilə görüşərək onun “uğur və yüksəliş” hekayəsini “heyranedici” adlandırıb.

Intel-in izahına görə, ABŞ hökuməti şirkətə artıq ayrılmış qrantlar hesabına hər biri $20,47 qiymətləndirilən 433,3 milyon səhm əldə edəcək. Bununla hökumət şirkətin 9,9% səhminə sahib olacaq. Eyni zamanda, ABŞ idarə heyətində yer, idarəetmə hüquqları və ya məxfi məlumatlara çıxış imkanı əldə etməyəcək.

Son xəbərlər
Digər xəbərlər