10 C
Baku
Thursday, December 12, 2024

Beynəlxalq Bank ilin ilk 9 ayı ərzində 41 mln. manat mənfəət vergisi ödəyib

Azərbaycan Beynəlxalq Bankı ASC-nin aktivlərinin həcmi 1 oktyabr 2020-ci il tarixinə 8 187.56 mln. manat olub.

Banker.az bu barədə bankın cari ilin 3-cü rübün sonuna açıqladığı maliyyə hesabatına istinadən xəbər verir.

Bu isə cari ilin əvvəli ilə müqayisədə 1 035.8 mln. manat və ya, 11.2 faiz azalma olması deməkdir. Aktivlərdəki azalma səbəbi isə, banklar və digər maliyyə institutlarında olan depozitlərini geri (-20%) çəkməsdir.

Müştərilərə verdiyi kreditlərin həcmi 2 474.30 mln. manat olub, bu da ilin əvvəli ilə müqayisədə 99.32 mln. manat (4.18 faiz) artımın baş verməsi deməkdir.

Akitivlərinin digər 1 214.86 mln. manatı qiymətli kağızlar və 162.79 mln. manatı isə əmlak avadanlıqları olmuşdur.

ABB-nin cəmi öhdəlikləri 6 863.01 mln. manat  olub. Bankın depozitləri 4 590.53 mln. manat olub, bu ilin əvvəli ilə müqayisədə 8 faiz azalıb. Azalmada əsas səbəbkar kimi şirkətlərin (hüquqi şəxslərin) bankdakı depozitlərini azaltmasını göstərmək olar. Depozitlərinin 1 179.44 mln. manatı fiziki şəxslərdən, 3 411.09 mln. manatı isə şirkətlərdən cəlb etdiyi depozitlərdir.

Beynəlxalq Bank ilin əvvəli ilə müqayisədə 9 ayın sonunda qiymətli kağızlar üzrə borc öhdəliyini 1 700 mln. manatdan 1 676.2 mln. manata qədər azaldıb. Bank ilin ilk 3 rübü ərzində Azərbaycan Mərkəzi Bankından əlavə 115 mln. manatlıq borc vəsaiti cəlb edib.

Xalis mənfəət edib

Azərbaycan Beynəlxalq Bankının 2020-ci ilin ilk 9 ayı ərzində faiz gəlirləri 301.08 mln. manat, faiz xərcləri 75.37 mln. manat, qeyri-faiz gəlirləri 89.26 mln. manat və qeyri-faiz xərcləri isə 115.05 mln. manat olub. Nəticədə, ölkənin bank nəhənginin əməliyyat mənfəəti 200.55 mln. manat olub.

Bununla belə ABB 23.83 mln. manat problemli aktivlər üzrə ayırmalar edib, mənfəəti 176.73 mln. manat olub. Dövlət bankı ilin yanvar-sentyabr ayları üzrə 41.33 mln. manat mənfəət vergisi ödəmiş, 135.4 mln. manat xalis mənfəət əldə edib.

213

Son xəbərlər
Digər xəbərlər