10 C
Baku
Thursday, December 12, 2024

Beynəlxalq Bank işində adı hallanan deputat həbs edildi

“Beynəlxalq Bank işi”ndə adı hallanan sabiq deputat Dünyamin Xəlilovun saxlanıldığı barədə xəbər yayılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Globus Plaza”nın sahibi, sabiq deputat Dünyamin Xəlilov bu il mayın əvvəllərində axtarışa verilmişdi. Bu günlərdə isə D.Xəlilov saxlanılaraq barəsində təkrar həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bu ilin avqust ayında “Globus Plaza”da axtarış aparıb və şirkətin kassalarını möhürləyərək bağlayıb.

Yayılan xəbərdə bildirilib ki, Nərimanov rayon Məhkəməsi mayın 15-də Dünyamin Xəlilov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçsə də, o, istintaq təcridxanasında deyil, öz işinin başında idi.

Son xəbərlər
Digər xəbərlər