27 C
Baku
Wednesday, June 26, 2024

Beynəlxalq Bank özəlləşdiriləcək

Beynəlxalq Bankın özəlləşdirməyə hazırlanmasına qərar verilib.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin (MM) 5 komitəsinin 2016-cı ilin dövlət büdcəsinə zərfinə həsr olunmuş birgə iclasında deyib. 

Nazir qeyd edib ki, Beynəlxalq Bankın əvvəlki  rəhbərliyinin kredit verilməsində böyük nöqsanları olub, böyük səhvlərə yol verilib və ona görə rəhbərliyin hamısı vəzifələrindən kənarlaşdırılıb.

“Hazırda isə orada sağlamlaşdırıcı tədbirlər həyata keçirilir.

Eyni zamanda, törədilmiş əməllərə hüquqi cəhətdən qiymət verilməsi tələb olunur. Çox təəssüf ki, böyük həcmdə kreditlər girovsuz verilib, həmçinin, həmin kreditlər risqli layihələrə yönəldilib. Bunlar yolverilməz hallardır.

Odur ki, hazırda həmin Bankda sağlamladırıcı tədbirlər görülür və Beynəlxalq Bankın özəlləşdirməyə hazırlanması nəzərdə tutulur” – deyə, S.Şərifov daha sonra sözlərinə əlavə edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər