21 C
Baku
Tuesday, October 8, 2024

Beynəlxalq bank Rusiya bankı ilə hesablaşmalarla bağlı saziş imzaladı

İqtisadçı ekspert Samir Əliyevin öz bloqunda qeyd etdiyi informasiyaya görə, bu gün Azərbaycan Beynəlxalq Bankı Rusiyanın “Roseksimbank” ilə əməkdaşlıq sazişi imzalanıb. Müqaviləyə əsasən banklar arasında hesablaşmalarda milli valyutalardan, yəni manat və rubldan istifadə olunacaq.

Roseksimbank (Государственный специализированный Российский экспортно–импортный банк) – 1994-cü ildə yaradılıb və dövlət bankı hesab olunur. Əsas məqsədi ixracı, xüsusən də maşınqayırma məhsullarının ixracını stimullaşdırmaqdır. Bank mahiyyət etibarilə Rusiyanın Milli İxrac Krediti Agentliyinin funksiyalarını daşıyır.

Saziş prosesində diqqət çəkən nüanslardan biri, Bankın yeganə səhmdarı (100% paya malikdir) Ruiyanın Vneşekonombankıdır (Внешэкономбанк). Qeyd edilən bank sanksiyalara düşən 5 bankdan biridir (Vneşekonombank).

Son xəbərlər
Digər xəbərlər