23 C
Baku
Saturday, September 28, 2024

Beynəlxalq Bank VİSA kartları üçün lotereya keçirir

Azərbaycan Beynəlxalq Bankı VISA kartı ilə xaricdə alış veriş edən müştəriləri üçün “Gəz və qazan” adlı tirajlı stimullaşdırıcı lotereyaya start verib.  Bank tərəfindən bu ilin sentyabr- noyabr tarixləri arasında ən çox  və ən yüksək məbləğdə əməliyyatlar həyata keçirən müştərilərinə hədiyyələr təqdim olunacaq.

Kampaniyanın şərtləri:

Azərbaycan Beynəlxalq Bankı tərəfindən keçirilən lotereya 2014-cü il Sentyabr ayının 1-də başlanır və 2014-cü il Noyabr ayının 1-də başa çatacaq.

Lotereyada, Bank tərəfindən buraxılan və istifadə müddətləri sona çatmamış bütün Visa kartları ilə birlikdə keçirilən lotereyada ölkə ərazisinin hüdudlarından kənarda alış –veriş edən şəxlər iştirak edə bilər. Belə ki, ölkə ərazisindən kənarda kənarda ticarət və xidmət müəssisələrində yerləşdirilmiş POS-terminallarda ödənişlər etməlisiniz.

Kartınızın hesabının valyutasından asılı olaraq ən azı 100 şərti valyuta məbləğində nağdsız əməliyyatlar həyata keçirsəniz, bu lotereyanın iştirakçısına çevrilə bilərsiniz. Ən çox sayda ödəniş həyata keçirən lotereya iştirakçısı isə bank tərəfindən qalib şəxs kimi müəyyən olunacaq.

Lotereya çərçivəsində nəzərdə tutulan uduşlar hansılardır?

  • 5 ədəd – “İphone 5s 16GB”,
  • 5 ədəd – “Canon EOS 600 D” video kamera
  • 10 ədəd – “Canon PowerShot SX510 HS” foto kamera

Lotereyanın şərtlərinə qadağadır

Bank işçilərinin və onlara aidiyyəti olan yaxın şəxslərin, eləcə də lotereyanın təşkil olunması və ya keçirilməsinə aidiyyəti olan istənilən digər hüquqi şəxsin işçilərinin lotereyada iştirak etməsi qadağandır

Tirajın keçirilmə vaxtı 30.11.2014 – cü il kimi müəyyən edilmişdir.

Son xəbərlər
Digər xəbərlər