6 C
Baku
Sunday, December 15, 2024

Beynəlxalq banka kim sədr təyin ediləcək?

Azərbaycan Beynəlxalq Bankının müşahidə şurasının son toplantısında qərara alındığı kimi, 22 İyul tarixində banka idarə heyətinin sədri vəzifəsinə təyinat gözlənilir.

 Son günlər, elektron mətbuat orqanlarının bir qismi artıq bu vəzifəyə ehtimal olunan şəxslərin adlarını açıqlamışdırlar. Bəzilərinin dediyinə görə, bu bankdan sızan məlumat , bəzilərində isə real o vəzifəyə uyğun insanların adlarını qeyd etmişdirlər.

Bəs bu namizədlər kimlərdir?

Məmməd Musayev

musayev-m-581x336Bu vəzifəyə ən real namizədlərdən biridir. Məmməd Musayev uzun illər ölkənin bank sistemində müxtəlif vəzifələr tutub.Belə ki, 1976-1984-cü illərdə Dövlət Bankının (Mərkəzi Bank) Azərbaycan Respublikası Kontorunda müxtəlif məsul vəzifələrdə çalışıb. 1984-cü ildən 1992-ci ilədək Dövlət Bankının Qaradağ şöbəsinin, Aqrar Sənaye Bankının Əməliyyat idarəsinin rəisi olub. 1992-ci ildən Respublika Səhmdar Kommersiya Aqrar Sənaye Bankının İdarə Heyətinin sədri, 2001-ci ildən isə “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədridir, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvüdür.

Qeyd edək ki, Məmməd Qurban oğlu Musayev 1955-ci ildə Qazax rayonunda anadan olub. 1972-ci ildə orta məktəbi, 1976-cı ildə isə D.Bünyatzadə adına Xalq Təsərrüfatı İnstitutunu (İndiki İqtisad Universiteti) fərqlənmə ilə bitirib.

2009-cu ildən Azərbaycan Sahibkar Konfederasiyasının (ASK) prezidenti təyin edilib.

Mamed Musayev həmçinin, hazırda Mərkəzi Bankın direktoru olan Rəşad Orucovun qaynatasıdır.

Elmar Məmmədov

elmar-memmedovElmar Məmmədov 1967-ci ildə anadan olub. 1991-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu maliyyə və kredit 1994-cü ildə isə Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirib. 1995-2004-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Əməliyyat idarəsinin rəisi, bankın Səbayel filialının müdiri olub. 2004-cü ilin noyabrından “Kapital Bank” ASC-nin Kreditləşmə və layihələrin maliyyələşdirilməsi departamentinin direktoru, həmin ilin dekabrından bankın İdarə Heyəti sədrinin müavini, 2005-ci ilin dekabrından isə İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində çalışıb.

“Kapital Bank” ASC Müşahidə Şurasının 05 iyun 2009-cu il tarixli qərarına əsasən, “Kapital Bank” ASC İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir. 2014-cü ildə isə “Azər-Türk Bank” ASC-nin səhmdarlarının ümumi yığıncağında bankın İdarə Heyətinin sədri seçilib.

Elmar Məmmədov iyulun 20-də “Azər-Türk Bank” ASC-nin idarə heyətinin sədri seçilmişdir.

Verilən məlumata görə o, Maliyyə Naziri Samir Şərifovun yaxın dostudur.

Rəşad Orucov

Rasad_OrucovBu vəzifəyə digər namizədlərdən biridə Mərkəzi Bankın hazırki baş direktoru Rəşad Orucovdur. O , hazırda bank sektorunda ən seçilən fiqurlardan biridir. Bəzi saytlar, məhz onun Beynəlxalq Banka sədr təyin ediləcəyini israr edir.

Fərid Axundov

89359_srcBeynəlxalq bankın sabiq sədrinin istefasından sonra, onun yerinə ən real namizədlərdən biri kimi Fərid Axundov göstərilirdi. Hətta, cənab Hacıyevin postunu tərk edəndən bir neçə həftə sonra, Fərid Axundovun artıq sədr təyin olduğu xəbəri yayılmışdır,sonradan bu xəbər bank rəsmiləri tərəfindən təkzib olundu. Fərid Axundov , o zamanlar Paşa Bank-ın idarə heyətinin vəzifəsində çalışıdı – artıq o bu vəzifədən Müşahidə şurasının üzvlüyünə keçdiyi bank tərəfindən elan edilmişdir.

Emil Mustafayev

emil_mustafayev_020415Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədrinin birinci müavini – hazırda bankın idarə edilməsi etibar edilən şəxs. Emil Mustafayev hazırda bu vəzifəni icra edən şəxsdir və Müşahidə Şurasının məhz onu Beynəlxalq Banka sədr təyin edəcəyini iddia edənlərdə azdır. Bəzilərinin fikrincə, o bu vəzifə üçün çox cavandır , digərləri isə onu daha potensiallı kadr kimi görürlər.

Banker.az olaraq, bu şəxslərdən hansının sədr təyin olunacağını demək çətin olardı , onların hər biri hazırda Azərbaycanın bank sistemində kifayət qədər güclü fiqur olduğunu hər kəs bilir. Bunu yalnız zaman göstərəcək – zaman isə sabah yetişir!

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.