Bankdan Banker.az redaksiyasına daxil olan rəsmi məlumata görə, Azərbaycan Beynəlxalq Bankına idarə heyətinin sədr qismində Elmar Məmməd oğlu Məmmədov təyin edilmişdir.
Qeyd edək ki, Elmar Məmmədov ötən il dekabrın 14-də “Azər-Türk Bank” ASC-nin səhmdarlarının ümumi yığıncağında bankın İdarə Heyətinin sədri seçilmişdi.








