20 C
Baku
Thursday, October 17, 2024

Beynəlxalq Banka sədr təyin edilməyib – Açıqlama

Mətbuatda “PaşaBank”ın İdarə Heyətinin sədri Fərid Axundovun Azərbaycan Beynəlxalq Bankına yeni rəhbər təyin olunması haqqında gəzən xəbər təsdiq olunmadı.

Azərbaycan Beynəlxalq Bankı mətbuat xidmətinin rəhbəri Rauf Ağayev açıqlamasında onda belə bir xəbərin olmadığını qeyd etdi. Bildirdi ki, banka rəhbər təyin edilmir, səhmdarlar tərəfindən seçilir. Bunun üçün də səhmdarların iclası keçirilməlidir.

Xatırladaq ki, Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev cari ilin mart ayının 18-də istefa verib. İdarə Heyəti sədrinin vəzifəsinin müvəqqəti icrası İdarə heyəti sədrinin birinci müavini Emil Mustafayevə həvalə edilib.

Bankın səhmdarlarına gəlincə, qeyd edək ki, 50,65 faizlə Maliyyə Nazirliyi bankın əsas səhmdarıdır. 2012-ci ilə olan rəqəmlərə əsasən səhm paketində qeyri-dövlət müəssisələrinin payı 2,73%, fiziki şəxslərin payı 39,17%, xarici təsisçilərin payı 7,9% olub.

Son xəbərlər
Digər xəbərlər