Azərbaycan Beynəlxalq Bankına yeni departament direktoru təyin edilib.
Banker.az-ın əldə etdiyi məlumata əsasən, 6 ildir bu bankda çalışan Günel Baxşıyeva Hüquq Departamentinə direktor təyin edilib. G.Baxşıyeva bu vəzifədə Fəqan Novruzovu əvəzləyib.
Bundan əvvəl həmin departamentin direktor müavini (2019-cu ilin fevralından 2020-ci ilin aprelinə qədər), daha əvvəl isə şöbə müdiri kimi çalışırdı.
Qeyd edək ki, Günel Baxşıyeva Britaniyanın Leiden Universitetində magistr dərəcəsinə yiyələnib.