Beynəlxalq Bankda yeni təyinat olub

“Azərbaycan Beynəlxalq Bankı” ASC-də yeni təyinat olub.

Banker.az-ın xəbərinə görə, Anar Qocayev  IT Infrastruktur əməliyyatlar departamentinin direktor müavini təyin edilib. Vəzifəsinə noyabrın ikinci yarısından start verəcək.

O, bundan öncə “Yapı Kredi Bank Azərbaycan” QSC-də İT sistemi müdirinin müavini kimi çalışırdı.

A.Qocayevin “Oracle Certified Master” beynəlxalq sertifikatı, “Oracle ACE” beynəlxalq mükafatı və “Oracle Gold Badge” beynəlxalq mükafatı vardır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər