“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) Təşkilatı işlər və metodologiya departamentinə yeni direktor təyin olunub.
Banker.az-ın əldə etdiyi məlumata əsasən, bu vəzifəyə 2017-ci ildən indiyə qədər ABB-də İnsan Resursları Departamentinin direktoru kimi Şölə Əkbərova təyin olunub. Ş.Əkbərova vəzifə icrasına 2019-cu ilin noyabrından başlayıb.
Xatırladaq ki, o həmçinin Prezident yanında Dövlət İdarəçilik Akademiyası və “Modern Qrup” şirkətində müxtəlif vəzifələrdə çalışmışdır.