“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin 2019-cu ilin yanvarın 1-dən dekabrın 11-ə qədər satılan səhmlərinin sayı və həcmi açıqlanıb.
Banker.az xəbər verir ki, ötən ilin əvvəlindən bu günə qədər ABB-nin hər bir səhmi 0,27 manat olmaqla 136 914 min səhmi təkrar satışa çıxarılıb.
Bu da səhmlərin hazırkı bazar dəyəri ilə hesablasaq 36 967 manat olması deməkdir.
Qeyd edək ki, ölkənin ən böyük bankının hazırda ümumi kapital dəyəri 1 milyard 241,89 milyon manatdır. Səhmlərinin 91,40%-i Maliyyə Nazirliyi, 3,76% Əmlak Məsələləri Dpvlət Komitəsi (Xidməti) 0,13%-i Aqrarkredit BOKT, 4,39%-i fiziki şəxslərə və 0,32%-i isə hüquqi şəxlərə məxsusdur.