27 C
Baku
Wednesday, June 26, 2024

Beynəlxalq Bankın departament müdiri işdən çıxıb futbol klubuna getdi

Azərbaycan Beynəlxalq Bankının (ABB) Mühasibatlıq və büdcə departamentinin direktoru Rəşad Qasımov işdən çıxıb.

Banker.azın APA-ya istinadən verdiyi məlumata görə, hələlik bu vəzifəyə təyinat aparılmayıb.

Xatırladaq ki, dekabrın 24-də “İnter” futbol klubunun Müşahidə Şurasının iclasında R. Qasımovun klubun prezidenti təyin edilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, R. Qasımov 2011-ci ildən Azərbaycan Beynəlxalq Bankının Mühasibat uçotu və nəzarət departamenti direktoru vəzifəsində çalışır.

O, 2000-2011-ci illərdə bankın Maliyyə menecmenti, Mərkəzi xəzinədarlıq, Mühasibatlıq və büdcə proqnozlaşdırılması departamentlərində müxtəlif vəzifələrdə işləyib.

1999-2000-ci illərdə Aqrar-Qafqaz şirkəti, Middle Eastern Textiles şirkətlərində çalışıb. 1994-1999 Gəncə zona hesablaşma kassa mərkəzində müxtəlif vəzifələrdə işləyib.

Qasımov Rəşad Müzəffər oğlu 29 iyun 1977-ci ildə anadan olub. O, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında təhsil alıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər