Banker.az verdiyi xəbərə görə, Behnam Qurbanzadə bankın İdarə Heyətinin sədr müavini təyin olunub.
Qeyd edək ki, B. Qurbanzadə 2012-ci ilin avqust ayından 2015-ci ilin oktyabr ayınadək Azərbaycan Beynəlxalq Bankının İslam Bankçılığı departamentinin direktoru vəzifəsində çalışıb.
“APA-Economics”in ötən gün verdiyi məlumata görə, bankın adıçəkilən departamenti ləğv olunub, B. Qurbanzadə isə tutduğu vəzifədən uzaqlaşdırılıb.
Bankın yaydığı bəyanatda qeyd edilib ki, departamentin öhdəlikləri bankın üzərində qalır.