. Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə müəssisəsi olan “ABB-Moskva”nın İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinat olub.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu vəzifəyə Emin Əfəndiyev təyin olunub.
Qeyd edək ki, “ABB-Moskva”nın İdarə Heyətinin sədri Fuad Abdullayev işdən çıxarılıb.