20 C
Baku
Sunday, September 28, 2025

Beynəlxalq Bankın Moskvadakı törəməsinin rəhbəri işdən çıxarılıb

Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə müəssisəsi olan “ABB-Moskva”nın İdarə Heyətinin sədri Fuad Abdullayev işdən çıxarılıb.

Banker.azın “APA-Economics”ə istinadən verdiyi məlumata görə, onun yerinə hələlik təyinat olmayıb. Bu vəzifənin müvəqqəti idarə olunması Rəfael Abbasova həvalə olunub.

Qeyd edək ki, R. Abbasov 2011-ci ilin dekabrında “ABB-Moskva”nın İdarə Heyətinin sədrinin müavini vəzifəsinə təyin edilib.

Son xəbərlər
Digər xəbərlər