1 C
Baku
Saturday, December 14, 2024

Beynəlxalq Bankın səhmdarlarına müraciət edildi

Milli Depozit Mərkəzi (MDM) Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmdarlarına müraciət edib.

MDM tərəfindən bankın qiymətli kağızlarının saxlanması, onun səhmdarlarının reyestrinin aparılması xidmətləri göstərilir.

MDM-nin uçot sistemində bankın səhmdarları barədə anket məlumatlarının yenilənməsi və faktiki mövcudluğunun təsbit edilməsi məqsədilə bankın səhmlərinə sahibliyini təsdiq edən aidiyyati sənədlərin (fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin, hüquqi şəxslər üçün təsis sənədlərinin, qiymətli kağız sertifikatının, səhmlər özgəninkiləşdirilmə nəticəsində (alqı-satqı, bağışlama) əldə edilmədiyi təqdirdə həmin müqavilənin, vərəsəlik olduğu halda isə aidiyyati şəhadətnamənin və səhmlərin əldə edilməsi barədə ödəniş sənədinin bir ay müddətinədək MDM-yə təqdim edilməsi tələb olunur.

APA

Son xəbərlər
Digər xəbərlər