3 C
Baku
Monday, December 29, 2025

Beynəlxalq Bankın səhmləri bir qədər də ucuzlaşıb

“Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin səhmlərinin bazar dəyəri azalmaqda davam edir. Bu barədə səhmlərin alqı-satqısı ilə bağlı vasitəçilik xidməti göstərən “Kapital Menecment”investisiya şirkəti xəbər verir.

Məlumata görə, hazırda qiymətli kağızlar bazarında ABB-nin 1 səhminə 0,06 manat təklif olunur. Halbuki, ayın əvvəlində qiymət 0,07 manat olub. Başqa sözlə, yarım ay ərzində səhmlər dəyərini təxminən 14% itirib. Ucuzlaşma Bankın 2015-ci ilin 824 mln. manata yaxın zərərlə başa vurması fonunda baş verir.

Xatırladaq ki, ötən ilin sonuna ABB-nin nizamnamə kapitalı 641,287 mln. manat olub. Bu məbləğ hər birinin nominal dəyəri 0,27 manat olan təxminən 2 375,1 mln. səhm əsasında formalaşıb.

Report

Son xəbərlər
Digər xəbərlər