Beynəlxalq Bankın saxlanılan müdiri sensasion məbləğdə pul mənimsəməkdə təqsirlənir

Hacı Məmmədovun bandası tərəfindən qətlə yetirilmiş polkovnik Fətulla Hüseynovun oğlu Adil Hüseynov 318 milyon dolları mənimsəməkdə ittiham olunur.

Bunu virtualaz.org-a açıqlamasında vəkil Kamandar Nəsibov deyib.

Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs – Adil Hüseynov barədə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Vəkilin sözlərinə görə, müvəkkilinə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

 

 

Son xəbərlər
Digər xəbərlər