14 C
Baku
Saturday, November 23, 2024

Beynəlxalq Ədalət Məhkəməsi Ukraynanın Rusiyaya qarşı 2 iddiasını təmin edib

Beynəlxalq Ədalət Məhkəməsi Ukraynanın Rusiyaya qarşı iddiası üzrə qərarını elan edib.

Ukrayna 16 yanvar 2017-ci ildə məhkəməyə müraciət edərək Rusiyanı terrorun maliyyələşdirilməsi, irqi ayrı-seçkilik və digər məsələlərlə bağlı beynəlxalq konvensiyaları pozmaqdadə ittiham etmişdi.

Bu gün keçirilən iclasında Beynəlxalq Ədalət Məhkəməsi Ukraynanın 2 iddiasını qismən təmin edib. Qərarda göstərilir ki, Rusiya Ukraynada terroru maliyyələşdirdiyi iddia olunan şəxslərlə bağlı ətraflı araşırma aparmayıb. Təmin olunan digər iddia Krımın ilhaqından sonra Ukrayna dilində tədrisin məhdudlaşdırılmasıdır.

Son xəbərlər
Digər xəbərlər