6 C
Baku
Tuesday, March 4, 2025

Beynəlxalq Ədalət Məhkəməsinə yeni sədr seçilib

Yaponiyalı hakimi Yuci İvasava BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sədri seçilib.

Bu haqda Məhkəmənin mətbuat xidməti məlumat yayıb.

O bu vəzifəyə həmkarları tərəfindən yanvarın 14-də Livanın Baş naziri vəzifəsini icra etmək üçün vəzifəsini tərk edən Navaf Salamın istefasından sonra seçilib.

Xatırladaq ki, N. Salamın sədrlik müddəti 2027-ci il fevralın 5-də başa çatmalı idi. Qeyd edək ki, Y. İvasava 22 iyun 2018-ci ildən məhkəmənin üzvüdür. Əvvəllər o, Tokio Universitetində beynəlxalq hüquq professoru vəzifəsində çalışıb və BMT-nin İnsan Hüquqları Komitəsinin sədri olub.

Son xəbərlər
Digər xəbərlər