13 C
Baku
Friday, April 19, 2024

Beynəlxalq energetika agentliyi: İqtisadi qeyri-sabitlik neftə təzyiq edəcək

Son zamanlar neft istehlakı haqqında proqnozlar mütəmadi olaraq yenilənir. Hazırda yaşanmaqda olan iqtisadi qeyri-sabitlik yaxın zamanda neftə tələbatın əmin şəkildə artması haqqında hər hansı bir fikir səsləndirməyə imkan vermir.
Beynəlxalq energetika agentliyi neftə olan qlobal tələbat həcmi haqqında proznozları endirib. Cari gözləntilərə əsasən isı, 2016-cı ildə 1,4 milyon barrel və 2017-ci ildə isə 1,2 milyon barrel artım müşahidə ediləcək.

Bu ərəfədə OPEK 2017-ci ildə neftə tələbat həcminin artması ilə bağlı proqnozunu dəyişmədi və bu göstəricini sutka ərzində 1,15 milyon barrel səviyyəsində saxladı. Beynəlxalq energetika agentliyi və OPEK qeyd edir ki, iqtisadi qeyri-sabitlik və qərarsızlıq neft bazarına əhəmiyyətli dərəcədə təzyiq edir. Zəif tələbat isə məhz bu amil ilə əlaqədardır.

Avqust ayı ərzində neft qiymətləri 1 barrel üçün orta hədlə təqribən 45 dollar təşkil edir və yenə də enmənin ümumi trendləri çərçivəsində hərəkət edir. Artımın ayrı-ayrı xüsusiyyətlərinə baxmayaraq, 2014-cü ilin iyul ayından, yəni “qara qızılın” qiyməti orta hədlə 100 dolları geridə qoyduqda o iki dəfədən artıq enmişdi.

Ümumilikdə qiymətlərin enməsində bazarın məhsul ilə bol olması əsas amil kimi göstərilir. Lakin qlobal iqtisadi artım ilə bağlı narahatlıq gözləntiləri daha sürətlə endirir.

TrioMarkets: “Qiymətlərin bərpa olunması perspektivlərindən danışmalı olsaq, deməliyik ki, nəhəng institutların proqnozları əlbəttə prioritet xarakterlidir. Lakin onlar ciddi şəkildə yanıla bilərlər. Kanadada yanğınlar və Nigeriyada infrastruktura edilən hücumlar kimi kiçik amillərin Brent markasına olan tələbatın 1 barrel üçün 50 dollar həcmində qısa müddətli artımına səbəb olduğunu müşahidə etmişdik.

Bu cür hadisələri proqnozlaşdırmaq mümkün deyil, bütün gözləntilər isə ümumi çatışmazlıq təşkil edir. Hələlik qiymətlərin 1 barrel üçün 50 dollar çərçivəsində uğurla möhkəmlənməsini gözləmək demək olar ki, reallıqdan kənardır. İnvestorların neft bazarına olan inamlarının yenidən bərpa olması üçün artəm həcmi hiss ediləcək dərəcədə olmalıdır. Təəssüflər olsun ki, Beynəlxalq energetika agentliyi və OPEK proqnozları təsdiq edirlər ki, bu bərpaolunma ləng və zəif olacaq”.

Son xəbərlər
Digər xəbərlər